Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat alıblar 

Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat alıblar 
# 21 iyul 2019 13:24 (UTC +04:00)

Azərbaycan təmsilçiləri futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.

APA-nın məlumatına görə, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.

Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdir. Sonuncu Macarıstanda yerli “Fehervar”la Lixtenşteyn təmsilçisi “Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək. A.Xudiyev iyulun 25-də baş tutacaq “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR