Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq
# 03 noyabr 2022 14:57 (UTC +04:00)

İlk dəfə qadın futbolçulardan ibarət yığmalar arasında Millətlər Liqası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, UEFA 2023-cü ildə start götürəcək yarışın detallarını açıqlayıb.

Millətlər Liqası AVRO-2025 və DÇ-2027-yə, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqələr baxımından da önəm daşıyacaq. 51 iştirakçı komanda 3 liqada mübarizə aparacaq.

A və B liqalarında 16, C liqasında 19 komanda yer alıb. Azərbaycan yığması C liqasında çıxış edəcək.

Bütün liqalarda komandalar qruplara bölünəcək. A liqasında qrup qalibləri finala çıxacaq. Digər liqaların qrup birinciləri daha yüksək diviziona vəsiqə qazanacaq. A və B liqalarının uğursuzları isə aşağı yuvarlanacaq.

Qeyd edək ki, ilk turnir gələn ilin payızında başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR