Azərbaycan yığması UEFA-nın İnkişaf turnirində iştirak edəcək

Azərbaycan yığması UEFA-nın İnkişaf turnirində iştirak edəcək
# 17 yanvar 2022 16:15 (UTC +04:00)

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA-nın İnkişaf turnirində iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, millimiz Belarusun paytaxtı Minskdəki yarışa qatılacaq.

Turnir fevralın 5-14-də təşkil olunacaq. 2005-ci il təvəllüdlülərdən ibarət komandaların yarışında 9 yığma mübarizə aparacaq.

Meydan sahibləri və yığmamızın rəqibləri Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR