Azərbaycan yığmasının baş məşqçisi: “Belarus istənilən komanda üçün çətin rəqibdir”

Azərbaycan yığmasının baş məşqçisi: “Belarus istənilən komanda üçün çətin rəqibdir”
  • Clock-gray 10:16
  • calendar-gray 21 Avqust 2019

“Məşqlərimiz normal şəkildə davam edir. Artıq bir həftədir birgə məşq edirik”.

APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis yığmamızın avqustun 15-dən start götürən təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb. O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında 
hazırlığın plan üzrə davam etdiyini qeyd edib: “Legioner futzalçılarımız da komandaya qoşulur. Qalo və Poletto bu toplanışda və yoldaşlıq oyunlarında bizə kömək edə bilməyəcəklər. Çalışırıq ki, əlimizdəki heyətlə oyunlara qədər daha faydalı məşqlər edək”.

Braziliyalı mütəxəssis yoxlama oyunlarındakı rəqib olan Belarus millisinin güclü olduğunu, oyunların çətin keçəcəyini də vurğulayıb: “Həqiqətən də çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdir. Düzdür, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.

Qeyd edək ki, avqustun 24-dək Bakıda hazırlaşacaq milli ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində baş tutacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date