Azərbaycan yığmasının DÇ-2024-dəki rəqibləri bəlli olub

Azərbaycan yığmasının DÇ-2024-dəki rəqibləri bəlli olub
# 07 iyul 2022 15:54 (UTC +04:00)

Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, mübarizəyə bu mərhələdən start verəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Reytinq cədvəlində 7-ci pillədə məskunlaşdığı üçün püşkatma zamanı 1-ci səbətdə yer alan yığmamız 6-cı qrupa düşüb. Joze Alesio da Silvanın yetirmələri Polşa və Yunanıstanla mübarizə aparacaq.

Qeyd edək ki, DÇ-2024-ün əsas seçmə mərhələsinə sentyabrın 12-də start veriləcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR