Azərbaycanlı futbol hakimləri peyvənd olunub

Azərbaycanlı futbol hakimləri peyvənd olunub
# 30 iyun 2021 17:56 (UTC +04:00)

AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir qrup hakim COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesində iştirak edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Həmin şəxslər assosiasiyanın təşkilatçılığı ilə bu gün könüllülük prinsipi əsasında peyvənd olunub.

Qeyd olunan kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR