Bakı klubu Honduras millisinin futbolçusunu transfer edib

Bakı klubu Honduras millisinin futbolçusunu transfer edib
# 20 avqust 2019 20:16 (UTC +04:00)

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, Bakı təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, Meksikanın “Nekaksa” və “Simarrones” klublarında çıxış edib. Onun son komandası Kosta-Rika “Alaxuelense”si olub.

R. Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR