Bakıda debüt edən "Sevilya"lı: “Bu komandaya qarşı oynamaq uşaqlıq arzularımdan olub”

Bakıda debüt edən "Sevilya"lı: “Bu komandaya qarşı oynamaq uşaqlıq arzularımdan olub”
# 20 sentyabr 2019 00:24 (UTC +04:00)

“Sevilya”da debütüm Bakıda baş tutdu. Bu üzdən də “Qarabağ”la qarşılaşmada həyəcanlı idim”.

APA-nın məlumatına görə, bu sözləri İspaniyanın “Sevilya” klubunun futbolçusu Alexandro Pozo deyib.

La Liqa təmsilçisinin gənc futbolçusu əsas komandada debütünü Avropa Liqasının “Qarabağ”la Bakıdakı oyununda gerçəkləşdirib. Sağ cinahda hegemonluq edən istedadlı yarımmüdafiəçi 3:0 hesablı qələbə və debütü barədə fikirlərini açıqlayıb: “İlk rəsmi görüşümdə yaxşı təsir bağışlamaq istəyirdim. Çünki bu qarşılaşmanı gözləyirdim. O an da nəhayət ki, yetişdi. Bu, uşaqlıqdan qurduğum xəyalın gerçəkləşməsi idi. Sevinirəm ki, debüt matçımda qalib gəldik”.

Klubun öz yetirməsi olan 20 yaşlı futbolçu hələ inkişaf etmək barədə düşündüyünü də bildirib: “Çalışqanlıqla çox şeyə nail olmaq mümkündür. Üzərimdə bu tempdə işləməkdə davam edəcəyəm. Baş məşqçimiz Xulen Lopeteqi Bakıdakı görüşdə oynayacağımı deyəndən sonra bir az gərginlik, bir az əsəbilik yaşadım. Amma bunlar topa ilk toxunuşuma qədər oldu. Topa toxunan kimi hər şey arxada qaldı. Baş məşqçi “çıx, futbolunu oyna” demişdi ki, bunu da etdim. İndi gözləyirəm ki, görüm “Sançes Pisxuan”da “Real”a qarşı oyunda heç olmasa bir neçə dəqiqə şans qazana biləcəyəm? Bu komandaya qarşı oynamaq da mənim uşaqlıq arzularımdan olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR