"Barselona" əlavə vaxtda "Real"ı məğlub edib

"Barselona" əlavə vaxtda "Real"ı məğlub edib
# 20 mart 2023 02:43 (UTC +04:00)

İspaniya çempionatının 26-cı turu çərçivəsində "Barselona" "Kamp Nou"da "Real Madrid"i qəbul edib.

APA xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. Vinisiusun kəskin bucaqdan vurduğu top Araujonun başına dəydi, ona toxunduqdan sonra Ter Stegenin qapısından keçib.

Meydan sahibləri ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirə bildilər.

Əlavə vaxtda Frank Kessini "Barselona"ya qələbə qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR