“Barselona” futbol tarixində yeni rekord vurub

“Barselona” futbol tarixində yeni rekord vurub
# 26 yanvar 2023 10:14 (UTC +04:00)

“Barselona”sının qadınlardan ibarət futbol klubu dünya rekorduna imza atıb.

Apasport.az saytı xəbər verir ki, Kataloniya komandası evdə "Levante"ni 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bununla da “Barselona”nın çempionatda ardıcıl 50-ci matçda qələbəsini rəsmiləşdirib. Bu seriya isə həm kişi, həm də qadın futbolu üçün yeni rekord kimi tarixə düşüb.

Qeyd edək ki, “Barselona” 2021-ci ilin iyunundan meydandan 3 xalla ayrılır. Komanda bu qarşılaşmalarda 247 qol vurub, qapısında cəmi 19 qol görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR