“Barselona” Rafinyanın transferini rəsmiləşdirib

“Barselona” Rafinyanın transferini rəsmiləşdirib
# 13 iyul 2022 15:12 (UTC +04:00)

“Barselona” “Lids”in hücumçusu Rafinyanın transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Braziliya millisinin üzvü yeni komandasında tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq. Bu transfer İngiltərə klubuna 58 milyon avro qazandırıb. Premyer Liqa təmsilçisi daha 7 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, 26 yaşlı oyunçu “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR