“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub
# 16 yanvar 2023 00:54 (UTC +04:00)

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

APA xəbər verir ki, həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.

Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.

Qolları Qavi, Levandovski və Pedri vurub.

"Real Madrid"dən son dəqiqələrdə Benzema fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR