“Barselona”da koronavirusa daha üç yoluxma qeydə alınıb

“Barselona”da koronavirusa daha üç yoluxma qeydə alınıb
# 30 dekabr 2021 14:02 (UTC +04:00)

“Barselona”da koronavirusa yoluxanların sayı artıb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubunda daha üç futbolçunun testi müsbət nəticələnib.

Filippe Koutinyo, Serjinyo Dest və Abde Ezzalzuli öz evlərində təcrid olunub. Onların hər üçü özünü yaxşı hiss edir.

Bununla da La Liqa təmsilçisində yoluxanların sayı 10-a çatıb. Bu “üçlüy”ə qədər Jordi Alba, Dani Alves, Klemen Lanqle, Samuel Umtiti, Aleks Balde, Usman Dembele və Qavinin testi müsbət nəticə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR