“Bavariya” futbolçusunu Fransa klubuna satıb 

“Bavariya” futbolçusunu Fransa klubuna satıb 
# 24 avqust 2019 10:01 (UTC +04:00)

Portuqaliya milli komandasının futbolçusu Renatu Sançes Almaniyanın “Bavariya” klubunu tərk edib.

APA-nın məlumatına görə, yarımmüdafiəçi Fransanın “Lill” komandasına keçib.

R.Sançes yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, 2023-cü ilə qədər “Lill”in uğurları üçün çalışacaq. “Bavariya” bu transferdən 15 milyon avro qazanıb. Məbləğ bonuslar hesabına arta da bilər. Düzdür, neçə vaxtdır davam edən danışıqlar zamanı almaniyalılar 25 milyondan az qazanmamaqda israrlı idi. Lakin sonda tərəflər daha aşağı qiymətə razılıq əldə edə biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR