“Bavariya” Tomas Müllerlə müqaviləni yeniləyib

“Bavariya” Tomas Müllerlə müqaviləni yeniləyib
# 03 may 2022 16:07 (UTC +04:00)

“Bavariya” Tomas Müllerlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

10 yaşında “Bavariya”nın akademiyasına qatılan Müller əsas komandada 2007-ci ildə debüt edib. O, klubunda 624 matça çıxıb.

Qeyd edək ki, Tomas cari mövsüm Bundesliqanın 30 oyununda 7 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR