“Bavariya”nın heyətinə qatacağı iki futbolçu müəyyənləşib

“Bavariya”nın heyətinə qatacağı iki futbolçu müəyyənləşib
# 08 iyun 2023 12:42 (UTC +04:00)

“Bavariya”nın yay transfer pəncərəsində heyətinə qatacağı iki futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Konrad Laymer və müdafiəçi Rafael Gerreyro Münhen təmsilçisi ilə müqavilə imzalayacaq.

Hər iki oyunçu azad agent statusu ilə “Bavariya”ya qoşulacaq. 26 yaşlı Laymerin “Leypsiq”lə, 29 yaşlı Gerreyronun Dortmund “Borussiya”sı ilə müqaviləsi bu yay başa çatır. Klub rəhbərliyi yeni oyunçuların keçidini yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, başa çatan mövsümdə Konrad 29 oyunda 4, Rafael 36 matçda 6 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR