“Bazel” “Qarabağ”la oyuna görə cərimələnib

“Bazel” “Qarabağ”la oyuna görə cərimələnib
# 29 yanvar 2022 13:31 (UTC +04:00)

UEFA “Bazel” – “Qarabağ” oyunu ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin VI turunda baş verənlər İsveçrə təmsilçisinin cəzalanması ilə nəticələnib.

Ötən il dekabrın 9-da baş tutan görüşün meydan sahibləri 19 min 750 avro ziyana düşüb. Bazelin eyniadlı klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə 13 min 750 avro ziyana düşüb. Tribunalarda keçidlərin bağlandığı isə 6 min avroya başa gəlib.

Qeyd edək ki, qrup qalibinin müəyyənləşdiyi “Bazel” – “Qarabağ” oyununda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR