Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək

Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək
# 28 aprel 2022 14:10 (UTC +04:00)

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirəcəyi səfər matçının yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qarşılaşma Serbiyada oynanılacaq.

Görüş iyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının III qrupunda Belarus və Azərbaycanla yanaşı, Qazaxıstan və Slovakiya komandaları mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR