Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib
# 01 dekabr 2022 22:38 (UTC +04:00)

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Apasport.az xəbər verir ki, ispaniyalı məşqçi dünya çempionatının qrup mərhələsinin III turunda Xorvatiya ilə qolsuz başa çatan matçdan sonra istefa verdiyini açıqlayıb.

Bununla belə, o bildirib ki, bu qərarı turnirdən öncə verib.

49 yaşlı məşqçi 2016-cı ildən komandanı çalışdırırdı. Onun rəhbərlik etdiyi dönəmdə Belçika millisi 3 il FIFA reytinqinə başçılıq edib.

Qeyd edək ki, Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən biri olan son dünya üçüncüsü Belçika qrupda 3-cü yeri tutaraq mundialla erkən vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR