Benzema di Stefanonu keçib

Benzema di Stefanonu keçib
# 18 aprel 2022 09:18 (UTC +04:00)

“Real” La Liqanın “Sevilya” ilə oyununda 3:2 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, Madrid klubunun qələbə qoluna Kərim Benzema imza atıb.

Bu, fransalının “Real” forması ilə vurduğu 217-ci qol olub. Kərim bu göstəricidə 216 dəfə fərqlənən əfsanəvi Alfredo di Stefanonu arxada qoyub.

Təcrübəli forvard klub tarixinin üçüncü bombardiri adını qazanıb. Yalnız Kriştiano Ronaldo (311) və Raul (228) daha çox fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR