“Beşiktaş” baş məşqçisini açıqlayıb

“Beşiktaş” baş məşqçisini açıqlayıb
# 13 yanvar 2022 13:36 (UTC +04:00)

“Beşiktaş”ın baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun prezidenti Ahmet Nur Çebi təşkil etdiyi mətbuat konfransında yeni çalışdırıcının adını açıqlayıb.

O, Sərgən Yalçının gedişindən sonra müvəqqəti olaraq onu əvəz edən Önder Karaveli ilə yola davam edəcəklərini bildirib. Prezident Karavelinin baş məşqçi kimi artıq təsdiqləndiyini söyləyib və onu ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Super Liqada 20 turdan sonra “Beşiktaş” 29 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR