"Beşiktaş" Qurban Qurbanovun oğlunu istəyir

"Beşiktaş" Qurban Qurbanovun oğlunu istəyir
# 17 yanvar 2022 09:24 (UTC +04:00)

Musa Qurbanlıya Türkiyə nəhəngindən TƏKLİF

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı gənc forvardın bu ölkədə çıxış etmək ehtimalının olduğunu vurğulayıb.

Bildirilib ki, “Beşiktaş” 20 yaşlı forvardın xidmətində maraqlıdır. Vaxtilə “Qarabağ”da fəaliyyət göstərmiş İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli gənclər millimizin üzvünü sərəncamında görmək niyyətindədir.

Yerli KİV-in iddiasına görə, çalışdırıcı bununla bağlı rəhbərlikdən müsbət cavab alıb və “Qarabağ” rəsmiləri ilə danışıq aparıb. Baş məşqçi yeni təyin olunduğu komandada Qurban Qurbanovun oğluna yer olacağını düşünür.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR