“Beşiktaş”da koronavirusa daha 4 yoluxma qeydə alınıb

“Beşiktaş”da koronavirusa daha 4 yoluxma qeydə alınıb
# 07 yanvar 2022 10:48 (UTC +04:00)

“Beşiktaş”da daha bir neçə koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, konkret olaraq 4 nəfərin testinin pozitiv çıxdığı açıqlanıb.

Onlardan biri baş məşqçi əvəzi Önder Karaveli, digər üçü isə futbolçudur. Həmin şəxslər protokola uyğun olaraq karantinə alınıb və müalicələrinə başlanılıb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi çempionatın bir neçə matçını baş məşqçisiz keçirəcək. Komanda yanvarın 9-da Super Liqanın XX turu çərçivəsində “Rizəspor”un qonağı olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl “Beşiktaş”ın yarımmüdafiəçisi Raşid Qezzal da koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR