“Bursaspor” Namik Ələskərovla müqaviləyə xitam verəcək

“Bursaspor” Namik Ələskərovla müqaviləyə xitam verəcək
# 16 may 2022 15:37 (UTC +04:00)

“Bursaspor” Azərbaycan millisinin hücumçusu Namik Ələskərovla müqaviləsinə xitam verəcək.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə I Liqasını tərk edən klubun prezidenti Ömər Burkan Banaz açıqlayıb.

Bu gün mətbuat konfransı təşkil edən klub rəhbəri əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını söyləyib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.

Qeyd edək ki, TFF I Liqasında sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşüb. Əsasnaməyə görə, II liqada heç bir komanda əcnəbi futbolçu oynada bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR