Canni De Byazi AFFA ilə müqaviləsini poza bilər

Canni de Byazi

© APA | Canni de Byazi

# 27 dekabr 2021 11:25 (UTC +04:00)

Canni de Byazi Azərbaycan millisindən ayrıla bilər.

Apasport.az saytının Yunanıstanın “Live Sport” nəşrinə istinadən məlumatına görə, italiyalı mütəxəssis bu ölkənin yığmasında baş məşqçi postuna namizədlərdən biridir.

Bildirilib ki, 65 yaşlı mütəxəssis AFFA ilə müqaviləsini yenicə uzatmasına baxmayaraq, komandadan getməyə hazırdır. Yunanıstan Futbol Federasiyası (EPO) de Byazinin namizədliyini nəzərdən keçirir. Qurum rəsmiləri onun komandaya yenidən əvvəlki əzəmətini qaytarmaq bacarığına malik olduğunu düşünürlər.

Namizədlər sırasında Cennaro Qattuzo və Roberto Donadoni kimi digər italiyalı mütəxəssislər də var. Lakin EPO üçün ən ideal variant Azərbaycan millisinin çalışdırıcısı sayılır.

Qeyd edək ki, Canni de Byazi ötən ay AFFA ilə müqavilə müddətini gələn ilin oktyabrına qədər uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR