FİFA prezidentinin işə gəlməməsi narazılıq yaradıb

FİFA prezidentinin işə gəlməməsi narazılıq yaradıb
# 17 yanvar 2022 12:07 (UTC +04:00)

FİFA-nın prezidenti Canni İnfantinonun davranışları qurumda ciddi narazılığa səbəb olub.

Apasport.az saytının məlumatına görə, ötən ilin oktyabrında Qətərə köçən isveçrəli Asiya ölkəsində yaşamağa üstünlük verir.

Özü və ailəsi üçün Dohada ev tutan İnfantino işə də nadir hallarda gedir. Onun FİFA-nın mənzil qərargahına gedib-gəlməməsi digər əməkdaşları qıcıqlandırır.

İsveçrəlinin dörd qızından ikisi Dohadakı məktəbdə təhsil alır. Onun özü də əksər vaxtını Qətərdə hakimiyyətdə olan ailənin üzvləri ilə keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR