“Çelsi” 18 yaşlı müdafiəçi alıb

“Çelsi” 18 yaşlı müdafiəçi alıb
# 24 yanvar 2022 13:55 (UTC +04:00)

“Çelsi” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Dilan Uilyamsın keçidini gerçəkləşdirib.

18 yaşlı müdafiəçi “Derbi Kaunti”dən transfer olunub. Dilan bu klubun yetirməsidir. O, ötən ilin yayından əsas komandaya keçib.

Qeyd edək ki, “Çelsi” 47 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR