“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb
# 08 sentyabr 2022 12:48 (UTC +04:00)

“Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Qrem Potter təyin olunacaq.

“Brayton”un baş məşqçisi ilə görüşən London klubunun nümayəndələri onun şifahi razılığını alıb. Təyinatın qarşıdakı 24 saat ərzində rəsmiləşməsi gözlənilir.

“Çelsi” rəhbərliyi mütəxəssisin həftəsonu “Fulhem”lə qarşılaşmada komandaya rəhbərlik etməsini istəyir. Onun təyinatı üçün “Brayton”a da 10 milyon funt sterlinq ödəniləcək.

Qeyd edək ki, londonlular Çempionlar Liqasında Zaqreb “Dinamo”suna 0:1 hesabı ilə uduzduqdan sonra Tomas Tuxeli istefaya göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR