Çempionlar Liqası: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəlib - FOTOLENT

Çempionlar Liqası: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəlib - FOTOLENT
# 12 iyul 2022 21:50 (UTC +04:00)

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Polşa çempionu “Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.

Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.

Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) - 5:1
Qollar:
Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 - Kristoffer Velde, 1
Baş hakim: Endryu Medli (İngiltərə)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboko, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Srokaş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lyubomir Şatka
Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek, 11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinyo, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR