Çempionlar Liqası: “Qarabağ” “Sürix”lə qarşılaşacaq

Çempionlar Liqası: “Qarabağ” “Sürix”lə qarşılaşacaq
# 19 iyul 2022 03:41 (UTC +04:00)

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxır.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkəcək. İsveçrə çempionu ilə ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki matça nisbətən rahat yollanmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Baş hakim:
İrfan Peljto (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR