Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
# 28 iyul 2022 00:26 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Ferensvaroş”la görüşəcək.

Təmsilçimizin rəqibi Slovakiyada bəlli olub. Macarıstanda “Ferensvaroş”a 2:1 hesabı ilə qalib gələn “Slovan” ev sınağına çıxıb. 4:1 hesabı ilə qalib gələn qonaqlar III təsnifat mərhələsinə yüksəlib.

Mərhələnin görüşləri avqustun 2-3-də və 9-da baş tutacaq. Ağdamlılar ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Sürix”i mübarizədən kənarlaşdırıb – 3:2, 2:2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR