Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları yekunlaşıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları yekunlaşıb
# 28 aprel 2022 00:51 (UTC +04:00)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

APA xəbər verir ki, raundun ikinci matçında İngiltərənin “Liverpul” klubu İspaniyanın “Vilyareal” klubunu qəbul edib.

“Enfild” stadionundakı görüşün ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

Oyunuin ikinci hissəsi daha sürətli keçib.

Birinci hissədə “sarı sualtıqayıq”lıların müdafiə xəttini yara bilməyən “mersisaydlar” ikinci hissənin 20-ci dəqiqəsinə kimi 4 dəfə ispanların torunu silkələyib.

Ancaq vurulan qollardan ikisi qeydə alınıb.

Oyunun 53-cü dəqiqəsimndə Cordan Hendersonun zərbəsindən sonra Estupinan avtoqola imza atıb. Qoldan sonra hücumlarını artıran “qırmızılılar” 2 dəqiqə sonra Mane ilə fərqi iki topa çatdırıb.

Beləliklə “Liverpul” dogma meydanında “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda daha bir İngiltərə təmsilçisi qalib olub.

“Mançester Siti” İspaniyanın “Real Madrid” klubunu 4:3 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR