Çempionlar Liqasının qalibi Superkubokda da favorit hesab olunur

Çempionlar Liqasının qalibi Superkubokda da favorit hesab olunur
# 14 avqust 2019 14:45 (UTC +04:00)

UEFA Superkubokunda qarşılaşacaq “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) matçının əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Çempionlar Liqasının qalibini şanslı hesab edirlər.

İstanbulda “Vodafon Park” stadionunda bu gün baş tutacaq qarşılaşmada “Liverpul”un qələbəsi 1,70 əmsalla qiymətləndirildiyi halda, Bakıda Avropa Liqasını qazanan “Çelsi”nin qalib gəlməsinə 5,35 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 4,12-dir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR