“Cenoa” Şevçenkoya əvəzləyici axtarır

Andrey Şevçenko

© APA | Andrey Şevçenko

# 11 yanvar 2022 17:01 (UTC +04:00)

“Cenoa”nın baş məşqçisi postuna namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi Andrey Şevçenko ilə vidalaşmağı planlaşdırır.

Uğursuz nəticələrdən narazı qalan rəhbərlik yeni çalışdırıcı ilə bağlı namizədləri nəzərdən keçirir. Bu siyahıda həm yerli, həm xarici mütəxəssislər yer alıb.

Rolando Maran və Davide Ballardininin təyinatını götür-qoy edən Genuya klubu almaniyalı Bruno Labbadia və macar Pal Dardainin də namizədlər siyahısına daxil edib.

Qeyd edək ki, 21 oyunda cəmi 12 xal toplayan “Cenoa” 19-cu pillıədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR