Dani Alveş İspaniyada saxlanılıb

Dani Alveş

© APA | Dani Alveş

# 20 yanvar 2023 15:39 (UTC +04:00)

Çempionlar Liqasının üçqat qalibi braziliyalı futbolçu Dani Alveş İspaniyanın Kataloniya şəhərində polis bölməsində saxlanılıb.

APA xəbər verir ki, bu barədə regional hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

Futbolçu cinsi təcavüzdə şübhəli bilinir və barəsində həbs-qətimkan tədbiri seçəcək məhkəmədə ifadə verməli olacaq.

Əlavə olunub ki, İspaniya məhkəməsi ötın ilin dekabr ayının sonunda Barselonada gecə klubunda futbolçu tərəfindən bir qadına qarşı cinsi zorakılıq edilməsi iddiası üzrə istintaq hərəkətlərinə başlayıb. Alveş və onun ətrafında olanlar irəli sürülən bütün ittihamları rədd edir.

Xatırladaq ki, Alveşin 39 yaşı var və 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda oynayır. Futbolçu əvvəllər Braziliyanın “Baiya” və “San Paulo”, İtaliyanın “Yuventus” və bir sıra tanınmış klublarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR