Danimarka millisinin baş məşqçisinin taleyinə aydınlıq gəlib

Danimarka millisinin baş məşqçisinin taleyinə aydınlıq gəlib
# 06 iyun 2023 16:29 (UTC +04:00)

Danimarka milli komandasının baş məşqçisi Kasper Yulmannın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol İttifaqı açıqlayıb.

Qurum mütəxəssislə müqaviləni uzadıb. 51 yaşlı çalışdırıcı ilə yeni anlaşma DÇ-2026-nın sonuna qədər postunda qalacaq.

Yulmann 2020-ci ilin avqustunda millidə işə başlayıb. Onun yetirmələri 2021-ci ildə baş tutan AVRO-2020-də yarımfinala qədər irəliləyib.

Qeyd edək ki, Danimarka yığması bu ay AVRO-2024-ün seçmə mərhələsində Şimali İrlandiya və Sloveniya ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR