Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb
# 22 noyabr 2022 19:10 (UTC +04:00)

Bu gün DÇ-2022-nin daha bir qrupunda mübarizəyə start verilib.

Apasport.az saytının məlumatına görə, D qrupunun ilk oyununda Avropa və Afrika təmsilçilərinin dueli baş tutub.

Üçüncü oyun gününə təsadüf edən qarşılaşmada Danimarka və Tunis üz-üzə gəlib. Son vaxtlar yüksəlişdə olan şimallılar görüşün favoriti sayılsa da, rəqibin müqavimətini qıra bilməyib. Mundiallarda heç vaxt qrupdan çıxa bilməyən afrikalılar bu dəfə yarışa uğurlu nəticə ilə başlayıb. Görüş qolsuz bərabərə yekunlaşıb.

Qeyd edək ki, qrupun bu gün baş tutacaq digər matçında Fransa və Avstraliya qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
22 noyabr
D qrupu
17:00. Danimarka - Tunis - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR