DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub
# 20 noyabr 2022 22:00 (UTC +04:00)

Bu gün DÇ-2022-yə start verilib.

Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunan futbol bayramının ilk günündə bir oyun keçirilib.

Mundialın açılış qarşılaşması meydan sahiblərinin iştirakı ilə baş tutub. Yarışa təşkilatçı ölkə təmsilçisi kimi qatılan Qətər Ekvadorla üz-üzə gəlib.

Asiya və Cənubi Amerika təmsilçilərinin A qrupundakı ilk duelinin taleyi birinci hissədə həll olunub. Enner Valensiya 15 dəqiqə ərzində dubla imza ataraq, Ekvadora qələbə qazandırıb.

Qeyd edək ki, bu qrupda I turun digər oyunu sabah baş tutacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmada Niderland Seneqalı sınağa çəkəcək. Sabah həmçinin B qrupunda İngiltərə - İran (17:00) və ABŞ – Uels (23:00) görüşləri olacaq.

DÇ-2022, qrup mərhələsi
20 noyabr
A qrupu
20:00. Qətər – Ekvador - 0:2
Qollar:
Enner Valensiya, 16, 31

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR