DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib
# 27 noyabr 2022 00:58 (UTC +04:00)

Qətərdə keçirilən DÇ-2022-nin C qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün son matçında Argentina meydana çıxıb.

Turnirə sensasiyalı şəkildə Səudiyyə Ərəbistanına uduzaraq başlayan Lionel Messinin komandası bu dəfə Meksika ilə üz-üzə gəlib. "Albiseleste" ikinci yarıda Lionel Messi və Entso Fernandesin vurduğu qollarla bu mundialda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək C qrupunun son turunda Argentina Polşa ilə, Meksika isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
C qrupu
23:00. Argentina - Meksika 2:0

Qol: Lionel Messi, 64, Entso Fernandes, 87

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR