DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub
# 22 noyabr 2022 16:17 (UTC +04:00)

Qətərdə təşkil olunan DÇ-2022 davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın 3-cü oyun günü C qrupunun oyunu ilə start götürüb.

Qrupun birinci matçında mundialın ilk böyük sensasiyası qeydə alınıb. Dünya çempionatının favoritləri sırasında göstərilən Argentina gözlənilmədən Səudiyyə Ərəbistanına məğlub olub.

Halbuki qarşılaşmada hesabı cənubi amerikalılar açıb. Erkən topun ardından argentinalıların daha 3 qolu ofsayd səbəbindən hesaba alınmayıb. Fasilədən sonra daha yaxşı təsir bağışlayan Səudiyyə Ərəbistanı geridönüş edərək, əzmkar qələbə qazanıb.

Qeyd edək ki, C qrupunun II turu çərçivəsində noyabrın 26-da Səudiyyə Ərəbistanı Polşa ilə, Argentina isə Meksika ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
22 noyabr
C qrupu
14:00. Argentina – Səudiyyə Ərəbistanı - 1:2
Qollar:
Lionel Messi, 10 (pen.) - Saleh Əl Şehri, 48, Salem Əl Daşsari, 53

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR