DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib
# 01 dekabr 2022 01:00 (UTC +04:00)

Qətərdə təşkil olunan DÇ-2022-nin C qrupunda III turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bu matçlar həlledici xarakter daşıyıb.

Dörd komandanın da qrupdan çıxmaq şansı olduğundan son tur böyük maraq kəsb edib.

Qrupun lideri Polşa çempionatın favoritlərindən sayılan Argentina ilə üz-üzə gəlib. Digər qarşılaşmada Səudiyyə Ərəbistanı ilə Meksika qarşılaşıb.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri dekabrın 2-dək davam edəcək.

DÇ-2022, qrup mərhələsi
C qrupu
III tur, 30 noyabr


23:00. Polşa – Argentina 0:2

Qollar: Aleksis MakAllister, 46, Yulian Alvares, 67


23:00. Səudiyyə Ərəbistanı – Meksika 1:2

Qollar: Henri Martin, 47, Luis Çaves, 52, Salem Əl-Dosari 90+5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR