DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

DÇ-2022-də stadionun sökülməsinə başlanılıb
# 07 dekabr 2022 16:48 (UTC +04:00)

DÇ-2022-nin oyunlarını qəbul edən stadionlardan birinin sökülməsinə başlanılıb.

Apasport.az saytının məlumatına görə, mundialın 7 matçının təşkil olunduğu “Stadion 974” öz funksiyasını başa vurub.

Xüsusi olaraq DÇ-2022 üçün qurulan konstruksiyaların sökülməsi üçün bütün texnikalar arenanın önünə gətirilib. Artıq arenanın üzərindəki DÇ-2022 loqoları da sökülüb. Qətərin qonağı olan azarkeşlər stadionla son şəkillərini çəkdirməyə çalışır. Konstruksiyalara daxil olan 974 konteyner və tribunalardakı oturacaqların inkişaf etməkdə olan ölkələrə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu arenanın açılışı 2021-ci il noyabrın 30-da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR