DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida
# 30 noyabr 2022 21:11 (UTC +04:00)

Qətərdə keçirilən DÇ-2022-nin daha bir qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mundialın 11-ci gününün ilk iki oyunu D qrupunda baş tutub.

Son dünya çempionu Fransa Tunislə qarşılaşacaq. 1/8 finala vəsiqəni təmin edən Didye Deşamın yetirmələri bu qarşılaşmada da favorit idi. Qrupdan çıxmaq üçün yalnız nəzəri şanslara malik afrikalılar isə arzularını reallaşdıra bilməyiblər. Tunis yığması qələbəyə baxmayaraq qrupda qalıb.

Buna səbəb qrupun digər oyununda Avstraliya millisinin Danimarkanı məğlub etməsidir. "Yaşıl qitə" təmsilçisi Fransanın ardından qrup ikincisi 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün C qrupunda da III turun matçları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
D qrupu
III tur, 30 noyabr
19:00. Tunis – Fransa - 1:0

Qol: Vahbi Xazri, 58
19:00. Avstraliya – Danimarka - 1:0

Qol: Metyu Leki, 60

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR