DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib
# 21 noyabr 2022 09:48 (UTC +04:00)

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.

“Buğalar”ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.

Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR