DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib
# 25 noyabr 2022 23:18 (UTC +04:00)

Qətərdə keçirilən DÇ-2022-də A qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, ilk turu qələbə ilə başa vuran Niderlandla Ekvador üz-üzə gəlib.

Çempionatın 6-cı oyun gününün üçüncü matçında ilk 1/8 finalçı müəyyənləşə bilərdi. A qrupunun liderlərinin duelində qalib gələcək komandanın növbəti mərhələ şansı artacaqdı. Lakin bu hal yaşanmayıb. Hərəyə 1 qol vuran komandalar görüşdən 1 xalla ayrılıblar.

Qeyd edək ki, A qrupunun digər görüşündə Seneqal Qətərə 3:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Qətərin mübarizəni qrup mərhələsində dayandıracağı dəqiqləşib.

DÇ-2022, qrup mərhələsi
25 noyabr, II tur
A qrupu
20:00. Niderland - Ekvador 1:1

Qollar: Kodi Qakpo, 6, Enner Valensiya, 49

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR