DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2
# 21 noyabr 2022 22:16 (UTC +04:00)

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin A qrupunda ilk tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupun ikinci matçında Seneqalla Niderland üz-üzə gəlib.

Qrupun favoriti olan “narıncılar” Afrika təmsilçisi ilə matçda daha şanslı hesab olunurdu. Əsas ulduzu Sadio Maneni itirən seneqallılar güclü rəqiblə qarşılaşmada uduzmamaq üçün mübarizə aparırdı. Lakin afrikalılar bunun öhdəsindən gələ bilməyib. Matçın sonlarına yaxın qollar vuran avropalılar 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qrupun bir gün əvvəl keçirilən ilk görüşdə Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:2

Qollar: Kodi Qakpo, 84, Deyvi Klaassen, 90+9

***

21.49

Seneqal - Niderland oyununda ilk qol vurulub.

APA xəbər verir ki, 84-cü dəqiqədə Kodi Qakpo Seneqalın qapısından top keçirməyə nail olub. Hazırda hesab 0:1-dir.

20.06

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin A qrupunda ilk tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, qrupun ikinci matçında Seneqalla Niderland üz-üzə gəlib.

Qrupun favoriti olan “narıncılar” Afrika təmsilçisi ilə matçda da daha şanslı hesab olunur. Əsas ulduzu Sadio Maneni itirən seneqallılar güclü rəqiblə qarşılaşmada uduzmamaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, qrupun bir gün əvvəl keçirilən ilk görüşdə Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR