DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib
# 20 noyabr 2022 19:11 (UTC +04:00)

Qətərdə təşkil edilən dünya çempionatının açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali “El-Bayt” stadionunda baş tutub.

Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.

Qətər əmiri Şeyx Temim bin Hamed Əl Sani çempionatı açıq elan edib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək DÇ-2022-nin çempionu 42 milyon dollar qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR