DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq
# 09 dekabr 2022 14:08 (UTC +04:00)

Kriştiano Ronaldo DÇ-2022-nin 1/4 final mərhələsində də start heyətində yer almayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliyanın “A Bola” nəşri iddia edir.

Bildirilib ki, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq. 1/4 finalın Mərakeşlə sabahkı görüşünə də Qonsalu Ramuş ilk dəqiqələrdən meydana çıxacaq.

Qeyd edək ki, Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR