De Liqt “Bavariya”ya keçib

De Liqt “Bavariya”ya keçib
# 19 iyul 2022 13:32 (UTC +04:00)

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt “Bavariya”ya keçib.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı tanınmış italiyalı jurnalist Fabritsio Romano yayıb.

Onun sözlərinə görə, Niderland millisinin üzvünün Münhen klubuna keçidi dəqiqləşib. Klublar arasında bütün sənədlər imzalanıb. De Liqt hətta ilkin tibbi müayinədən də keçib. Ancaq bu gün növbəti dəfə həkim müayinəsinə ehtiyac duyulacaq.

Bunun ardından 23 yaşlı müdafiəçi “Bavariya”nın ABŞ turnesinə qatılacaq. Transferin turinlilərə 70+10 milyon avro qazandırdığı bildirilir.

Qeyd edək ki, Mattiys de Liqt 2019-cu ildən “Yuventus”da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR