“Dijon” startda ardıcıl 3-cü məğlubiyyətini alıb 

“Dijon” startda ardıcıl 3-cü məğlubiyyətini alıb 
# 25 avqust 2019 00:22 (UTC +04:00)

Fransa Liqa1-də III tur start götürüb.

APA-nın məlumatına görə, ilk oyun günündə 4 oyun keçirilib.

İkinci qələbəsini “Mets”lə qarşılaşmada 3 qolla qazanan “Amyen” liderlərə çatıb.

Məğlubiyyətsiz irəliləyən “Brest” “Reyms”i bir qolla keçib və ilk qələbə sayəsində ön sıralara qalxıb. “Dijon” isə məğlubiyyət seriyasını davam etdirib. 3-cü yenilgi “Bordo” ilə görüşə təsadüf edib.

Sonuncular kimi “Nant” da səfər qələbəsinə sevinib.

Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.

Fransa Liqa1

III tur

24 avqust

“Brest” – “Reyms” – 1:0

Şarbonye, 86

“Anje” – “Mets” – 3:0

El Melal, 4, Santamariya, 43, Alioui, 67

“Dijon” – “Bordo” – 0:2

Ul-Jo, 11, Benito, 47

“Amyen” – “Nant” – 1:2

Zunqu, 71 – Kulibali, 53, Simon, 84

Turnir cədvəli: Lion, Renn, Nitsa – 6 (2), Anje – 6 (3), Brest – 5 (3), Sent-Etyenn, Tuluza – 4 (2), Reyms, Bordo, Mets, Nant – 4 (3), PSJ, Lill – 3 (2), Amyen – 3 (3), Strasburq – 2 (2), Monpelye, Marsel – 1 (2), Nim, Monako – 0 (2), Dijon – 0 (3).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR